“Bank of Baku” mətbuat konfransı keçirib

12 oktyabr 2017-ci il tarixində “Bank of Baku”, bir müddət öncə “Gəliiir” şüarı altında müştərilərinə təqdim etdiyi yenilik və kampaniyaların yekununa həsr olunmuş mətbuat konfransı keçirib.

Tədbirdə Bankın Reklam və İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Gülşən Cumayeva xidmət və məhsullarda tətbiq edilən yeniliklər və həyata keçirilən kampaniyalar haqqında ətraflı məlumat verib.

Həmçinin, tədbirdə Bankın “Gəliiir” şüarı altında həyata keçirdiyi silsilə kampaniyalardan biri olan “Bolkartla alış-veriş et, Nyu-Yorka 2 nəfərlik səyahət qazan!” adlı kampaniyanın qaliblərinin mükafatlandırma mərasimi baş tutub.

Belə ki, 24 iyul-17 sentyabr tarixlərinin əhatə edən kampaniya çərçivəsində Bolkart kredit və debet kart sahibləri etdikləri alış-verişə görə həftənin, ayın həmçinin kampaniyanın yekun qalibi olmaq şansı əldə edib. Kampaniya şərtlərinə əsasən, kampaniyanın əhatə etdiyi dövr ərzində Bolkartlılar arasında istər ölkədaxili, istərsə də ölkəxaricində ən çox alış-veriş edən şəxs, Bankın uzun illər müştərisi olan Vüsal Hüseynov Nyu-Yorka 2 nəfərlik səyahət paketi qazanıb.

Qeyd edək ki, kampaniya çərçivəsində, ümumilikdə 24 nəfər həfətnin, 2 nəfər ayın, 1 nəfər isə ən böyük mükafatın qalibi olub. Yekun qaliblə yanaşı həftəlik və aylıq qaliblər də mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır