“Bank of Baku” hesablararası ölkəxaricinə pul köçürmə imkanını təqdim edir

“Bank of Baku” İnternet Bankçılıqda hesablararası ölkəxaricinə pul köçürmə imkanını təqdim edir.

Sahibkarlar və iş adamları üçün nəzərdə tutulmuş  bu xidmət, xarici bank hesablarına təhlükəsiz və rahat formada, üstəlik daha endirimli tariflə pul göndərmə imkanı yaradır.

Belə ki, “Bank of Baku”nun korporativ müştəriləri İnternet Bankçılığa daxil olaraq cari hesablarından istənilən xarici bank hesabına günün istənilən saatında, təhlükəsiz və rahat şəkildə pul vəsaitlərini köçürə bilərlər.

Vəsaitin köçürülməsinə görə məbləğdən asılı olaraq min.0,2 % komissiya haqqı təşkil edir və vəsaiti göndərən müştəridən tutulur. Köçürmə əməliyyatının tamamlanması üçün tələb olunan sənədlərin sistemə yüklənmə imkanı da mövcuddur.

Qeyd edək ki, 30 iyun 2018-ci il tarixinədək Bankın yeni və İnternet bankçılığa hələ də qoşulmamış köhnə korporativ müştəriləri əlavə ödəniş etmədən, İnternet Bankçılıq xidmətinə qoşularaq tam istifadə hüququnu pulsuz əldə edə bilərlər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır