Home » Bank BTB 2020-ci ilin birinci yarım ili üzrə nəticələri açıqlayıb

Bank BTB 2020-ci ilin birinci yarım ili üzrə nəticələri açıqlayıb

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Cari ilin ilk yarımillik nəticələrinə əsasən Bank “BTB” ASC-nin aktivləri 360 161.83 min manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 56 389.33 min manat, yəni 18.5% artım deməkdir.

Həmçinin, qeyd edilən hesabat dövrü ərzində Bank BTB-nin kredit portfelində də artım müşahidə olunur. Belə ki, kredit portfeli üzrə göstərici 235.157 min manata çatıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19%-a yaxın artım deməkdir.

İkinci rübün nəticələrinə əsasən Bank BTB-nin depozit portfeli 134 437 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə (116 622 min manat) 15%-ə yaxın artım deməkdir. Depozit portfelinin artımı Bankın dayanıqlı inkişafını və müsbət imicini əks etdirərək müştərilərimiz tərəfindən yüksək etimadın olmasını vurğulayır.

2020-ci ilin yanvar-iyun dövrü ərzində Bank BTB-nin cəmi gəlirləri 16 mln. 522 min manat, cəmi xərcləri 15 mln. 306 min manat təşkil edib. İkinci rübün yekununda bankın əməliyyat mənfəəti 1 216.2 min manat təşkil etmişdir.

30.06.2020-ci il tarixinə Bankın məcmu kapitalı bankların kapital tələbinə tam cavab verərək 61 108.74 min manat təşkil edib.

Qeyd edək ki, hal-hazırda Bank “BTB” ASC 14 xidmət nöqtəsilə təmsil olunur. Bank BTB müştərilərə daha səmərəli xidmət göstərmək məqsədilə xidmət nöqtələrinin təkmilləşdirmə layihəsini də davam etdirir, xidmət nöqtələri yeni korporativ üslubda təmir olunaraq fəaliyyət göstərir.

Bank xidmətləri haqqında məlumatı Facebook (www.facebook.com/bankbtb)  və Instagram (www.instagram.com/bankbtb/) səhifələrindən, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946)  nömrəsindən əldə edə bilərsiniz. Həmçinin, (012) 946 nömrəli məlumat mərkəzi və bankın www.btb.az rəsmi internet səhifəsi də həftəiçi 5 gün  xidmətinizdədir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.