Bank özəl günlərə endirimli kreditlər təklif edir

Azərbaycan Beynəlxalq Bankı 9 Noyabr Dövlət Bayrağı Günü, 12 Noyabr Konstitusiya Günü və 17 Noyabr Milli Dirçəliş Günü münasibətilə yeni kredit kampaniyasına start verib. Bankın əməkhaqqı və ya pensiya kartına sahib olan hər kəs noyabrın 7-dən 21-ə qədər nağd pul kreditini bankdan güzəştli şərtlərlə ala bilər.

Kampaniyanın özəllikləri:

  • Kreditin məbləği – 20.000 manatadək
  • Kreditin müddəti – 60 ayadək
  • İllik faiz dərəcəsi – 2% endirimlə, 23%-dən başlayaraq
  • Kredit 5000 manata qədər olduqda – zaminsiz
  • Kreditin rəsmiləşdirilməsi KOMİSSİYASIZ

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi, əməkhaqqı və ya pensiya kartı ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Əmək haqqı, yaxud pensiya kartının son 8 rəqəmini 8937 nömrəsinə göndərməklə də bankdan nağd pul kreditini sifariş vermək olar. Müştəri kampaniya barədə ətraflı məlumat üçün 937 nömrəli Məlumat Mərkəzinə zəng etməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır