Bank sektoru ilə bağlı hansı qaydalar müzakirə olunur?-Videomüsahibə

“Bu gün müzakirədə olan əsas 3 qayda var.”

Bu sözləri “Banklar və Biznes” Qəzetinin (BBN.az) “Sədrlə müsahibə” rubrikasının qonağı Azərbaycan Banklar Assosiasiyasının (ABA)  “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq” üzrə Ekspert Qrupunun sədri Zakir Kazımov deyib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının bank sektorunu tənzimləyən normativ aktlara dəyişiklik etməsindən danışan Zakir Kazımov deyib ki, Maliyyə Bazarlarına Nəzarət Palatsının əsas funksiyası banklarda nəzarət proseslərini həyata keçirməkdir.Nəzarət prosesləri 2 formada həyata keçirilir: daxili nəzarət qaydasında və xarici nəzarət qaydasında.

Daxili nəzarət qaydası bankların birbaşa özündə, onlarda olan hesabatlar əsasında,  uçot sənədləri əsasında yoxlamaların həyata keçirilməsi, xarici nəzarət qaydası isə bankların hesabatlılıqları əsasında Maliyyə Bazarlarına Nəzarət Palatasında olan hesabatların müvafiq proqram təminatı ilə təhlili ilə bankın durumunu qiymətləndirməkdir.

Zakir Kazımov, həmçinin, bank sektoru ilə bağlı müzakirə olunan qaydalardan də bəhs edərək vurğulayıb ki, bu gün müzakirədə olan əsas 3 qayda var. Bunlar “kapitalın adekvatlığının hesablanması qaydası”; “aktivlər üzrə mümkün zərərlərin ödənilməsindən ötrü ehtiyyatların yaradılması qaydası” və “açıq valyuta mövqeyi”dir.

Bu qaydalar bütün bank ictimaiyyəti tərəfindən müzakirə olunur. Azərbaycan Banklar Assosiasiyası (ABA) da bu prosesin içərisindədir. Daima Maliyyə Bazarlarına Nəzarət Palatası ilə bəzi yenilikləri müzakirə edir və fikirlərimizi bildiririk.

Müsahibənin tamamını aşağıdakı videoda izləyə bilərsiniz:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır