Bank VTB (Azərbaycan) Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının geniş iclasında iştirak edib

Bank VTB (Azərbaycan) cari ilin 8 avqust tarixində Bakıda keçirilən Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının geniş iclasında iştirak edib. Toplantı Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri çərçivəsində baş tutub. İclas Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin iştirakı ilə həyata keçirilib.

Tədbirdə Rusiya və Azərbaycanın aparıcı biznes nümayəndələri – ISR Holding, Azersun Holding, Detal Holding, Altes Group, Hayat Pharm, AtaHolding və digərləri iştirak edib.

Tədbir çərçivəsində VTB (Azərbaycan) nümayəndələri biznes təmsilçiləri ilə bir sıra görüşlər keçirib. Burada tərəflər arasında əməkdaşlığın inkişafı imkanları müzakirə olunub.

Bank VTB (Azərbaycan) Rusiya-Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlığa dəstək olmaq, Azərbaycanda və Rusiyada biznes qurmaqda maraqlı olan hər iki ölkənin sahibkarlarına kömək etmək niyyətindədir. Bundan başqa, aparıcı beynəlxalq maliyyə qurumu olan VTB qrupun üzvü kimi bank VTB (Azərbaycan) qrupun nümayəndəliklərinin fəaliyyət göstərdiyi 23 ölkədə də Azərbaycan biznesinə öz dəstəyini təklif edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır