Bankıda “Risklərin idarə edilməsi forumu–2016” keçirilir

Mayin 26-da Bakıda “Gələcəyə baxış: Azərbaycan bank sektorunun üzləşdiyi risklər və çağırışlar” mövzusunda “Risklərin idarə edilməsi forumu–2016” öz işinə başlayıb.

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) Müşahidə Şurasının sədri Rüfət Mahmud çıxışında dünya iqtisadiyyatında baş verən qlobal maliyyə böhranının Azərbaycan maliyyə bazarından da yan keçmədiyini diqqətə çatdırıb. Bildirib ki, son vaxtlar ARPA tərəfindən təşkil olunan tədbirlərdə ölkədə baş verən mühüm hadisələr müzakirə olunur. ARPA bu hadisələrdən kənarda qalmır. Bugünkü forumda iştirak edən yerli və beynəlxalq təşkilatların nümayəndələri risklərin idarə olunmasında dünya təcrübəsini müzakirə edəcəklər.

Rusiyanın Risklərin Olunması Cəmiyyətinin prezidenti Viktor Vereşagin “Risklərin idarə olunmasında müasir Avropa və Rusiya təcrübəsi” mövzusunda təqdimatla çıxış edib.

Forumda “Banklar və real sektor: Risklər və perspektivlər”, “Banklarda hüquqi risklər və əminliyə nəzarətin vacibliyinin artması”, “Bank sektorunda risklərin idarə edilməsi standartları”, “Devalvasiya və onun real və maliyyə sektorlarına təsiri” mövzusunda məruzələr dinləniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır