Banklararası şahmat turnirinin qalibləri bəlli olub

14-18 may tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Azərbaycan Şahmat Federesiyasının təşəbbüsü ilə  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş banklararası şahmat yarışı başa çatıb.

BBN.az xəbər verir ki, Yarışın nəticələrinə əsasən şəxsi komanda çempionatında “Azərbaycan Beynəlxalq Bankı” ASC qalib gəlib.

2-ci və 3-cü yerlərdə isə müvafiq olaraq “Rabitəbank” ASC və “Bank of Baku” ASC qərarlaşıb.

Banklararası şahmat çempionatında şəxsi hesabda isə Azərbaycan Beynəlxalq Bankı-nın nümayəndəsi Hacılı Rauf qalib gəlib.

2-ci yeri Ata Bank-ın nümayəndəsi Hüseyn Orxan qazanıb.

3-cü yerdə isə yenə də Azərbaycan Beynəlxalq Bankı-ın nümayəndəsi Mənsimli Rəsul qərarlaşıb.

4-cü yerdə Accessbank-dan Süleymanlı Elbrus, 5-ci yerdə Rabitəbank -dan İsmayılov Elvin, 6-ci yeri Turan Bank-dan Əliyarov Ruslan, 7-ci yeri Unibank-dan Məmmədov Cavid, 8-ci yeri Azərbaycan Beynəlxalq Bankın-dan Bədəlov Rəşad qazanıb.

Artıq 3-cü dəfə keçirilən və hər il böyük marağa səbəb olan yarışmada 28 kredit təşkilatından 80-nə yaxın nümayəndə iştirak edib.

Həmçinin, builki çempionatda gənc şahmatçı Əli Qurbanovun müalicəsinə dəstək göstərilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Yarış Azərbaycanda şahmatın kütləviliyini artırmaq və bank sektorunda çalışanların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə keçirilir. Ümummilli lider Heydər Əliyevin anadan olmasına həsr olunmuş banklararası şahmat yarışı  ABA tərəfindən 2016-cı ildən illik əsasda keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır