Bankların Kredit Portfeli – Real vəziyyət necədir?

Faiz gəlirləri, yəni kreditlərdən daxil olan əlavə vəsait bankların gəlirlərinin əksər hissəsini təşkil etdirir.  Nəzərə alsaq ki, Azərbaycanda fəaliyyət göstərən əksər bankların qeyri-faiz gəlirləri qeyri-faiz xərclərindən azdır,  kreditlərin bankların gələcək fəaliyyəti üçün əhəmiyyətini anlamaq o qədər də çətin deyil.

Bildiyimiz kimi son dövrdəki ölkəyə xarici valyuta axınının azalması,  hətta maliyyə hərəkəti, yəni xarici valyutada olan “isti pullar”ın ölkəni tərk etməsi hesabına bu axının tərsinə dönməsi makroiqtisadi vəziyyətdə ciddi dəyişikliklərə səbəb olmuşdur. Nəticədə 2016-cı ildə baş verən 21 fevral  və 21 dekabr devalvasiyaları, eləcədə sonuncudan sonra manatın üzən rejimə  (çirkli)  keçməsi idxal məhsullarının qiymətinə təsir etməklə inflyasiyaya səbəb olmuş, əhalinin ödəniş qabiliyyətini zəiflətmişdir.

Sonuncunun maliyyə sektoruna olan ilkin və ən böyük təsirlərindən biri isə qeyri –işlək kreditlərin çoxalmasına gətirib çıxarmışdır. Bu isə iki istiqamətdə bankların likvid çatışmazlığına gətirib çıxartdı: İlk olaraq vəsaitin qayıtmaması, ikinci isə vaxtı keçmiş və risk dərəcəsi artan kreditlərə görə ehtiyatların ayrılmasıdır.  Likvid çatışmazlığı isə bankların borc vermək imkanlarını azaldır.

Bundan əlavə makroiqtisadi vəziyyətin dəyişməsi məlumat kanallarının etibarlılğını zəiflədiyini, yəni bankların borcalanların ödəmə qabiliyyəti haqqında məlumat əldə etdikləri ənənəvi kanalların reallığı tam ifadə edə bilmədiyini göstərdi. Bu isə kreditin verilməsini likvidlik çatışmazlığı yaşayan bank üçün daha riskli hala gətirmişdir.

Həmçinin banklar gələcək məzənnə dəyişikliklərindən özlərini sığortalamaq və valyuta mövqelərini qorumaq  üçün kreditləri dollarda təklif edir,  müştərilər isə manatda borclanmaq istəyirlər. Kimin xeyrinə həll olunmasından asılı olmayaraq, bu amil də kreditlərinin həcmini azaldır.

Bəs rəqəmlər nə deyir?

Neft qiymətlərindəki konyuktur dəyişikliklərini ölkə iqtisadiyyatına mənfi təsirlərinin başladığı 2014-cü ildən indiyə qədər olan dövrü, rüblük olaraq təhlil etsək, bankların nominal formada ifadə olunan kredit portfelində dalğalanmanın olduğunnu görə bilərik.

01

Rüblük göstəricilərə diqqət yetirsək kredit portfelinin 2015-ci ilin ilk rübünə qədər artdığını və 20 mlrd. manatı ötdüyünü görürük. Növbəti iki rübdə azalmağa başlamış portfel, ikinci devalvasiyanın təsiri ilə maksimum səviyyəsinə 2015-ci ilin son rübündə çatmış və 21.1 mlrd. manatı keçmişdir.  2016-cı ilin ilk yarısında isə azalma yenidən başlamışdır.

Nominal ifadə bizə tam mənzərəni görməyə kömək etmir. Çünki dolların manata qarşı möhkəmlənməsi kredit portfelinin xarici valyutada olan hissəsini şişirdir.

02

Məzənnə dəyişikliklərindən təmizlənmiş kredit portfeli isə bizə trendi görməkdə kömək edəcəkdir.

03

Banklar kredit verərkən gələcək inflyasiya gözləntilərini də nəzərə alırlar.  Əgər gözləntilərdən daha yüksək inflyasiya baş verərsə,  borcverənlər itkilərlə qarşılaşırlar. Əvvəldə qeyd etdiyimiz kimi məzənnədə kəskin dəyişikliklər qiymətlər də ciddi artıma, hətta iki rəqəmli inflyasiyaya gətirib çıxartdı.

04

İlk devalvasiyaya qədər iqtisadiyyatda aşağı inflyasiya, hətta bəzi rüblərdə deflyasiyanın olduğu müşahidə edilməkdədir. Bu isə inflyasiya gözləntisinin  aşağı olduğunu deməyə imkan verir.

Əgər inflyasiyanı da nəzərə alsaq, bankların əsas gəlir mənbəyi olan kredit portfelinin dinamikasındakı real vəziyyəti görə bilərik.

05

İnflyasiyadan və məzənnə dəyişikliklərindən təmizlənmiş kredit portfeli göstərir ki, ilk devalvasiyadan sonra kredit portfelində azalma başlamış, üzən məzənnəyə keçiddən sonrakı rübdə  daha da kəskinləşmişdir.  Son rübdə isə portfeldəki geriləmə xeyli azalmışdır.

Rüblük fərqlənmələrə baxdıqda bu daha aydın olacaq.

06

Real vəziyyət onu göstərir ki, ilk devalvasiyadan sonra kredit portfelində azalma başlamışdır. Amma bu azalma ötən ilin ikinci rübündə tənzimlənmiş  və xeyli azaldılmışdır. Bu dövrdən sonra bankların qeyri-işlək kreditlərlə bağlı likvid çatışmazlığı ilə üzləşmələri azalmanı yenidən artırmışdır. İkinci devalvasiya bu istiqamətdə olan problemləri daha da gücləndirmiş, həm də yüksək inflyasiyaya səbəb olmuşdur. Bu səbəbdən 2016-cı ilin birinci rübündə maksimum həddə azalma müşahidə edilmişdir.

Amma son rübdə bazara yeni requlatorun daxil olması və bankların birgə fəaliyyət göstərərək lazımi instansiyalara təkliflərin göndərilməsi vəziyyətin sabitləşdiriləcəyinə bir siqnaldır. Cari ilin ikinci rübündə itkilərin kəskin surətdə azalması isə bunu müəyyən dərəcədə təsdiq edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır