“BP” neft emalı zavodlarını satacaq

BBN.az xarici mətbuata istinadən məlumat verir ki, enerji nəhəngi olan “BP” şirkəti əlindəki bəzi neft emalı zavodlarını satmaqla, gəlir əldə etməyi və bu vəsaitlə yanacaq doldurma stansiyaları şəbəkəsini genişləndirməyi planlaşdırır.

Şirkət bu strategiya ilə 3 mlrd. dollar əlavə gəlir əldə etməyi planlaşdırır.

Xatırladaq ki,  Şirkət 2015-ci ildə 6 mlrd. dollar mənfəət əldə etsə də, ötən il bu göstərici xeyli azalmış və 2016-cı ili 2.5 mlrd. dollar mənfəələ başa vurmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır