Bu il 2 000-dən çox şirkət yaradılıb

2016-cı ilin yanvar-mart aylarında ölkədə 2045 müəssisə və təşkilat (onların nümayəndəlik və filialları) yaradılıb və onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 19,3 faiz artıb.

Bu haqda Dövlət Statıstika Komitəsi məlumat yayıb.

Yeni müəssisə və təşkilatların 61,3%-i Bakıda, 11,8%-i Aran, 7,7%-i Abşeron, 5,3%-i Quba-Xaçmaz, 5%-i Lənkəran, 4,5%-i Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.
Bundan əlavə, 2016-cı ilin yanvar-mart aylarında fərdi sahibkarlıqla məşğul olmaq üçün ölkənin vergi orqanlarında 26 437 fiziki şəxs qeydiyyatdan keçib və onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 44,6% artıb. Fərdi sahibkarlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır