Bu il neft qiymətləri nə qədər olacaq?

Beynəlxalq reytinq agentliyi Moody`s bu il qlobal neft sənayesində dirçəlmənin və neft hasilatının artacağının gözləndiyini bildirib.

Moody`s-in 2018-ci il qlobal neft sənayesinə dair dərc olunan hesabatında sektorun ümumi görünüşü və neft qiymətləriylə bağlı dəyərləndirmə edib.

Hesabatda OPEC-in (Neft İxrac edən Ölkələr Birliyi) xam neft istehsalı kəsintisi müqaviləsinin 2018-ci ilin sonuna qədər uzadılmasına baxmayaraq, bu il neft qiymətlərinin barel başına 40 ilə 60 dollar arasında dəyişəcəyi göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır