Bu il SOCAR 12,1 mln. ton neft ixrac edib

SOCAR 2016-cı ilin iyul ayında Novorossiysk limanından 79 min 992 ton, Supsa limanından 274 min 676 ton, Ceyhan limanından 1 milyon 569 min 86 ton xam neft ixrac edib.

Ümümilikdə yanvar-iyul ayları ərzində Novorossiysk limanından 559 min 65 ton, Supsa limanından 1 milyon 491 min 744 ton, Ceyhan limanından 10 milyon 105 min 879 ton, Kulevi terminalından isə 14 min 946 ton xam neft ixrac edilmişdir. SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır