BVF qlobal iqtisadi artım gözləntisini artırıb

Beynəlxalq Valyuta Fondu (BVF) Qlobal İqtisadi Gözləntilər adlı hesabatını “Güclənən gözləntilər, Optimist Bazarlar, Gələcək Çətinliklər” başlığı ilə yeniləyib.

BBN.az xəbər verir ki, bu il ilk dəfə İsveçrənin Davos qəsəbəsində Dünya İqtisadi Forumu çərçivəsində təşkil edilən mətbuat konfransıyla ictimaiyyətə təqdim edilən hesabata görə, güclənən qlobal iqtisadi artım 2017-ci ildə yüzdə 3,7%-ə yüksələrək bir əvvəlki illə müqayisədə 0,5 faiz bəndi sürətlənib.

2018 və 2019-cu illər üçün BVF-nin qlobal iqtisadi artım gözləntisi, 0,2 bal artımla 3,9% səviyyəsində yenidən nəzərdən keçirilib.

BVF inkişaf etmiş ölkələrə istiqamətlənmiş iqtisadi artım proqnozlarını bu il üçün yüzdə 2%-dən 2,3%-ə, növbəti il üçün isə 1,8%-dən 2,2%-ə yüksəldib.

Hesabatda, BVF-nin inkişaf etməkdə olan bazarlar və inkişaf etməkdə olan ölkələr üçün iqtisadi artım proqnozları bu il üçün 4,9%, 2019-cu ilə olan artım proqnozu isə 5% səviyyəsində qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır