7-ci Beynəlxalq “Caspian Energy Forum Baku-2018” keçiriləcək

20 sentyabr 2018-cı il tarixdə Bakıda  7-сi Beynəlxalq “Caspian Energy Forum Baku – 2018”ə keçiriləcək.

BBN.az xəbər verir ki, “Caspian Energy Forum Baku – 2018”də  Azərbaycan Respublikası dövlət qurumlarının, nazirliklərin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin, həmçinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərlərinin, o cümlədən Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələrinin yer aldığı 1500-dən artıq deleqat iştirak edəcək.

Tədbirin proqramında kofe-breyk və işgüzar nahar zamanı işləmək və iştirakçılarla ünsiyyət üçün əlavə imkanlar nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır