Çirkli pulların yuyulması ilə bağlı “Compliance” seminarı keçirilib

Azərbaycan Respublikasının Prezidentinin 06 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”də nəzərdə tutulmuş maliyyə savadlılığının artırılması istiqamətində icra olunan tədbirlər çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) və “Deloitte” şirkəti tərəfindən çirkli pulların yuyulmasına həsr edilmiş “Compliance” seminarı keçirilib.

15 bank və Palatanın əməkdaşlarının iştirak etdikləri tədbirdə Lüksemburqun “Deloitte” nümayəndəliyindən dəvət olunmuş təlimçi ekspert Bastien Kolet təqdimat ilə çıxış edib. Seminar çərçivəsində banklarda daxili nəzarət sistemi, çirkli pulların yuyulması (komplayns), maliyyə institutlarının nəzarətini həyata keçirən dövlət orqanlarının nəzarət mexanizmləri, tətbiq olunmuş cərimələr, maliyyə institutlarının maliyyə monitorinq və nəzarət orqanları ilə əməkdaşlığının beynəlxalq təcrübəsi və yeniliklər barədə ətraflı məlumatlar təqdim edilib, həmçinin sözügedən mövzular ətrafında fikir mübadiləsi aparılıb və təkliflər dinlənilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır