“Commerzbank” IV rübdə gözləniləndən yüksək mənfəət əldə edib

Almaniyanın ikinci böyük bankı “Commerzbank” 2017-ci ilin dördüncü rübündə gözləniləndən yüksək mənfəət əldə edib.

BBN.az xəbər verir ki, “Commerzbank” dördüncü rübdə 90 milyon avro mənfəət əldə edib. Analitiklər isə 64 milyon avro mənfəət əldə olunacağını proqnozlaşdırırdı. Ötən ilin eyni dövründə isə xalis mənfəət 182 milyon avro olub.

“Commerzbank” 2018-ci ildə dividendləri bərpa etməyi hədəflədiyini açıqlayıb. Belə ki, bank 2017-ci ildə dividend ödəməyib.

Qeyd edək ki, dördüncü rübdə gəlirlər 2,40 milyard avrodan 1,19 milyard avroya enib. Analitiklər isə gəlirin 2.10 milyard avro  olacağını gözləyirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır