Daha 13 dövlət əmlakı özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 20 dekabr tarixində dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Hərracda ümumilikdə 13 dövlət əmlakı olmaqla, 3 kiçik dövlət müəssisə və obyekti, 7 istifadəsiz qeyri-yaşayış sahəsi və 3 nəqliyyat vasitəsi özəlləşdirilib.

Hərracda özəlləşdirilmiş kiçik dövlət müəssisələrinin 1-i Bakıda, 1-i Tərtərdə, 1-i Zaqatalada, istifadəsiz qeyri-yaşayış sahələrinin 5-i paytaxtda, 1-i Ağcabədidə, digəri isə Oğuzda yerləşir. Bu dəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Nəsimi rayonunda yerləşən pavilyon olub. Belə ki, adıçəkilən əmlak 250 min manata özəlləşdirilib.

Zaqatalada yerləşən obyektin ilkin satışı 20 min manata təklif olunduğu halda, rəqabət nəticəsində 28 min manata, Oğuzda yerləşən əmlak isə 10 min manatdan rəqabət nəticəsində qalxaraq 16 min manata özəlləşdirilib.

 

Komitə tərəfindən növbəti hərrac 27 dekabrda keçiriləcək. Hərraca 115 əmlak olmaqla, 24 səhmdar cəmiyyəti, 57 istifadəsiz qeyri-yaşayış sahəsi, 24 kiçik dövlət müəssisə və obyekti, həmçinin 10 nəqliyyat vasitəsi çıxarılıb. 27 dekabrda keçiriləcək hərracdakı əmlaklarla aşağıdakı linkdə tanış ola bilərsiniz:

http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1032

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır