“DekaBank”ın rəhbərliyində dəyişiklik baş verib

“DekaBank”ın “Bakı” filialının rəhbəri İsfəndiyar İbişov bankın baş direktoru təyin edilib.

Trend-in bankın saytına istinadən verdiyi məlumata görə, hazırda Faruq Ziyadov “Bakı” filialının rəhbəri vəzifəsini tutur.

Yeni təyinatlar bankın iki departamentində də aparılıb: Elcan Abdullayev Müştərilərə xidmət departamentinə rəhbər, Elnur Əliyev isə Problemli kreditlər departamentinin direktor müavini təyin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır