Depozit hərracında 200 mln. manat cəlb ediləcək

Azərbaycan  Respublikası Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının keçirilməsi barədə məlumat açıqlanıb. Məlumata görə, hərrac 16 oktyabr 2017-ci il  tarixində keçiriləcək. Saat 11.00-11.15-də, Blumberq ticarət sistemi üzərindən keçiriləcək hərracda 200 mln. manat vəsaitin cəlb edilməsi planlaşdırılır.

Hərracın müddəti 14 gün, faiz dərəcəsi isə 10,01% – 14,99% aralığındadır.

Qeyd edək ki, hibrid formada olacaq hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı 10.00-dır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır