Depozit hərracında 200 mln. manat vəsaitin cəlb edilməsi planlaşdırılır

Azərbaycan  Respublikası Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının keçirilməsi barədə məlumat açıqlanıb.

BBN.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hərrac 12 mart 2018-ci il  tarixində keçiriləcək. Saat 11:00-11.15-də, Blumberq ticarət sistemi üzərindən keçiriləcək hərracda 200 milyon manat vəsaitin cəlb edilməsi planlaşdırılır.

Hərracın müddəti 14 gün, faiz dərəcəsi isə 8.01% – 12.99% aralığındadır.

Qeyd edək ki, hibrid formada olacaq hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı 10.00-dır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır