Dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi 18 apreldə  dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını  keçirib. Bu dəfəki hərracda 2 kiçik dövlət müəssisəsi və 14 qeyri-yaşayış sahəsi özəlləşdirilib.

Qeyd edək ki, qeyri-yaşayış sahələrinin 6-sı paytaxtda 8-i isə regionlarda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyektinin 2-si Nəsimi, 1-i Nərimanaov, 1-i Nizami, 1-i Sabunçu sonuncusu isə Yasamal rayonu ərazisindədir.

Regionlarda da hərraclar keçirilib. Hərracın gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Özəlləşdirilən 2 kiçik dövlət müəssisə Zaqatala və Qax rayonunda yerləşir. Hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak  Zaqatalada yerləşən Barama Toxuma zavodu olub. Adı çəkilən əmlak 510 min 750 manata,torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi 18 min 350 kv.m təşkil edir. Növbəti kiçik dövlət müəssisəsi Qax rayonunda yerləşən Topdan satış müəssisəsidir. Özəlləşdirilməyə açıq elan edilən əmlaklar pambıqçılıq, quşçuluq, tikinti, nəqliyyat və   müxtəlif iqtisadi sahələrə aiddir.

Bölgələrdə özəlləşdirlən 8 qeyri yaşayış sahəsindən 2-si Daşkəsən, 2-si Göyçay, 2-si Sumqayıt,1-i Mingəçevir, 1- isə Ağdaş rayonunda yerləşir. Özəlləşdirilən əmlaklarıın sahəsi 30-133 kv.m arasında dəyişir.

Qeyd edək ki, komitə tərəfindən növbəti belə hərrac 25 aprel tarixində keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır