“Dövlət Neft Fondunun strateji valyuta ehtiyatları 36 mlrd. dollardır”

II Bankçılıq Forumunun 1-i panelində Azərbaycan Respublikası Dövlət Neft Fondunun Büdcə proqnozlaşdırma və layihələr departamentinin direktoru Müşviq Bayramov “Makroiqtisadi stabilliyin təmin edilməsində Dövlət Neft Fondunun rolu” mövzulu təqdimatla çıxış edib.

Müşviq Bayramov “Böhran dövründə Suveren Fondların stabilləşdirici rolu”ndan və Dövlət Neft Fondunu ölkə iqtiadiyyatındakı, makroiqtisadi sabitliyin təmin edilməsində rolundan danışıb. Daha sonra o bu göstəriciləri oxşar ölkələrlə müqayisə edib.

Müşviq Bayramov qeyd edib ki, Dövlət Neft Fondunun strateji valyuta ehtiyatları 36 mlrd. dollardır, bu isə ölkə iqtisadiyyatının böhrandan çıxma nümunəsidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır