Home » Dövlət Əmək Müfəttişliyi Xidməti 76,1 min manat gecikdirilmiş sosial ödəmənin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib

Dövlət Əmək Müfəttişliyi Xidməti 76,1 min manat gecikdirilmiş sosial ödəmənin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin yanvar-iyun aylarında vətəndaş müraciətlərinin araşdırılması zamanı 76,1 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Həmin vəsaitin 73,3 min manatı əmək haqlarından, qalan hissəsi zərərə görə ödənclərdən, işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan ibarət olub.

Xidmət gecikdirilmiş vəsaitlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib. Görülən tədbirlər zamanı həmçinin aidiyyəti işəgötürənlərə müvafiq məsələlərlə bağlı əmək qanunvericiliyindən irəli gələn tələblər izah olunub.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.