Dubay Ticarət və Sənaye Palatası ilə əməkdaşlıq imkanları müzakirə edilib

Noyabrın 18-də İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Dubay Ticarət və Sənaye Palatasının sədri Məcid Saif Əl Gurairi ilə görüşüb.
Görüşdə bildirilib ki, Azərbaycan-BƏƏ əməkdaşlığının inkişafında və iş adamları arasında əlaqələrin genişlənməsində Dubay Ticarət və Sənaye Palatasının fəaliyyəti əhəmiyyətlidir. Təsadüfi deyildir ki, Palatanın MDB üzrə ilk beynəlxalq nümayəndəliyi 2012-ci ildə Azərbaycanda açılıb.
2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan-BƏƏ ticarət əlaqələrinin 24% artdığı qeyd edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır