“Elektron hərrac”da necə iştirak etmək olar?

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən son olaraq vətəndaşların istifadəsinə verilən “Elektron hərrac” xidməti «Nəqliyyat vasitələrinin və avadanlıqların hərraclar vasitəsilə satışı» prosedurunun avtomatlaşdırılmasını özündə birləşdirir.

Belə ki, bu xidmət vasitəsilə artıq vətəndaş olduğu yerdən, heç bir yerə getməyərək online qaydada hərracda iştirak edə bilər. «Elektron  Hərrac»da iştirak etmək üçün müvafiq elektron xidmətə daxil olmaqla (e-emdk.gov.az) həmin bölmədə əmlakların hərraclarla satışı hissəsində qeyd olunan 12-ci bölməyə  müraciət etmək lazımdır.

İstənilən vətəndaş, iş adamı elektron imzadan istifadə edərək Əmlak Məsələləri Dövlət komitəsinin Elektron Xidmətlər portalından (e-emdk.gov) və ya Elektron Hökumət Portalından (e-gov.az ) qeydiyyatdan keçə bilər. Qeydiyyatdan keçmiş hər bir sifarişçi hərrac günü onlayn qaydada aktiv hərraca qatılmaq imkanı qazanır. Hərraclarda iştirak etmək üçün sifariş vermək də elektron qaydada həyata keçirilir

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır