Home » Elektron imza üzrə yeni məhsulun bank nümayəndələri üçün təqdimatı keçirilib

Elektron imza üzrə yeni məhsulun bank nümayəndələri üçün təqdimatı keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən keçiriləcək V Beynəlxalq Bankçılıq Forumu çərçivəsində müxtəlif formatlı “Side event”lər təşkil edilir.

Belə ki, ABA-nın tərəfdaşlarından olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən Elektron imza üzrə yeni məhsul – SİMA yaradılıbdır. Üztanıma, “açıq açar” texnologiyalarını özündə birləşdirən bu məhsul biometriyaya əsaslanır və istifadəçilərə, eləcə də xidmət təklif edən qurumlara bir sıra üstünlüklər qazandırır.

Bununla əlaqədar olaraq, 25 noyabr 2021-ci il tarixində yeni məhsulla bağlı məlumatlandırma, o cümlədən bu məhsul üzrə əməkdaşlıq üçün təkliflərin verilməsi, müzakirələrin təşkil olunması məqsədilə bankların rəqəmsal həllər üzrə nümayəndələri üçün görüş keçirilmişdir.

Görüşdə, həmçinin mövcud və potensial tərəfdaş qurumların sistemlərinə yeni nəsil electron imzanın inteqrasiya məsələləri də müzakirə edilmişdir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.