Energetika Nazirliyi “EXPO 2017-Gələcəyin enerjisi” Beynəlxalq sərgisində təmsil olunacaq

“EXPO 2017-Gələcəyin enerjisi” Beynəlxalq sərgisinin 10 iyun 2017-ci il tarixində Qazaxıstan Respublikasının Astana şəhərində təntənəli açılış mərasimi keçiriləcək. Azərbaycanı tədbirdə energetika nazirinin müavini Natiq Abbasov və Energetika Nazirliyinin Aparat rəhbəri, Milli pavilyonun direktoru İftixar Hüseynovun daxil olduğu geniş nümayəndə heyəti təmsil edəcək.

403,3 kvadratmetrlik əraziyə malik və “Odlar Yurdu – keçmişdən gələcəyə daşınan enerji” devizinə əsaslanan “Milli Pavilyon”da ölkəmizin tarixi-mədəni irsini, zəngin enerji potensialını və gələcəyin enerji mənzərəsinin sərgi iştirakçılarına çatdırılacaq.

Üç hissədən ibarət pavilyonun birinci hissəsində Azərbaycanın zəngin tarixi ənənələri, məşhur od məbədi, köhnə və yeni Bakının memarlıq inciləri və s. təqdim ediləcək. İkinci hissədə Azərbaycanın ənənəvi enerjidən alternativ enerjiyə qədər keçdiyi inkişaf prosesi, neft, neft məhsulları, qaz, elektrik enerjisi, külək, günəş enerjisi, palçıq vulkanları ilə bağlı təqdimatlar olacaq. Üçüncü hissədə izləyicilər üçün Azərbaycanda maraqlı virtual gəzinti nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır