“Expressbank” köçürmə edən zaman pul qazanmaq imkanı yaradır

Expressbank-ın müştəriləri həm pul göndərərkən, həm pul alarkən Pul Kart hədiyyə kartını qazana bilərlər. Pul Kart müştərilərə ödənişsiz şəkildə təqdim olunur və hər təcili pul köçürməsi zamanı məbləğdən asılı olaraq müştərinin kartına pul şəklində bonuslar hesablanır. Müştərilər nəinki bu vəsaiti ATM-lər vasitəsi ilə nağdlaşdırır, hətta öz vəsaitlərini də Pul karta yerləşdirə bilirlər. SMS məlumatlandırma xidməti isə tam pulsuzdur.

Expressbank-ın filiallarında Zolotaya Korona, Contact, Lider, İBA-EXPRESS, Xəzri və Monex təcili pul köçürmələri sistemləri ilə ölkə daxili və beynəlxalq köçürmələr həyata keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır