“Fiat”dan nəhəng investisiya!

Fiat Chrysler Miçiqan əyalətində 1 milyard dollarlıq investisiya həyata keçirəcək və 2 min nəfərlik yeni iş yeri açılacaq.

Şirkətdən verilən açıqlamada Miçiqan və Ohio əyalətlərində həyata keçirələcək investisiyanın avtomobil fabriklərinin modernizasiyasına xərclənəcəyi deyilib.

Qeyd edək ki, şirkət tərəfindən indiyə qədər ABŞ-da 9,6 milyard dollarlıq investisiya həyata keçirilib və ümumilikdə 25 min iş yeri açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır