Bank sektorunda gender bölgüsü necədir?

BBN.az saytı Sizə bank sektorunda genderin ümumi vəziyyəti ilə bağlı araşdırma edib.

Belə ki, ölkəmizdə bank sektorunda çalışan əməkdaşların ümumi sayı 16,928 nəfərdir. Bank əməkdaşlarının ümumi sayının 63%-ni kişilər, 37%-ni qadınlar təşkil edir. Bakı-Abşeron regionunun filiallarında çalışanların  53%-i kişilərdən, 47%-i qadınlardan, digər region filiallarında isə çalışanların 71%-i kişilərdən, 29%-i isə qadınlardan ibarətdir.

Rəhbər heyətin (bölmə rəhbəri və ondan yuxarı bütün menecment) ümumi sayında əməkdaşların 80%-ni kişilər, 20%-ni qadınlar, digər kateqoriyadan olan heyətin (mütəxəssis və kiçik xidməti heyət) ümumi sayında isə əməkdaşların 60%-ni kişilər, 40%-ni isə qadınlar təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır