Vergilər Nazirliyində Yaponiya səfiri ilə görüş keçirilib

İyulun 12-də Vergilər Nazirliyində Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Teruyuki Katori ilə görüş keçirilib.

BBN.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, Vergilər naziri Mikayıl Cabbarov qonağı salamlayaraq, bu tanışlıqdan məmnun olduğunu bildirib, vergi sistemində aparılan son struktur islahatları barədə ətraflı məlumat verib. Görüşdə Azərbaycanda iqtisadi sahədə aparılan islahatlar, ölkələrarası ticarətin genişlənməsi, investisiyaların yatırılması və əməkdaşlıq məsələlərinə toxunulub.

Qeyd edək ki, tərəflər Azərbaycan və Yaponiya arasında vergitutma sahəsində əməkdaşlığın perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır