“Güzəştli mənzil” sistemində “ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər” kateqoriyası üzrə müraciətlərin qəbulu başlayır

Azərbaycan Respublikası Prezidentinin 21.07.2017-ci il tarixli 1560 nömrəli Fərmanı ilə mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşlar sırasına yeni “ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər” kateqoriyası əlavə edilib.

Ölkə başçısının bu Fərmanını icra etmək məqsədilə ötən müddət ərzində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən “Güzəştli mənzil” sistemində zəruri dəyişikliklər aparılmış, ən azı 3 il elmi vəzifədə çalışan elmi işçilər tərəfindən təqdim edilməli sənədlər müəyyənləşdirilib, habelə aidiyyəti elmi müəssisələrin siyahısının dəqiqləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilib. Nazirlər Kabineti tərəfindən “Elm haqqında” Azərbaycan Respublikasının 14.06.2016-cı il tarixli Qanununda nəzərdə tutulan tələblərə uyğun gələn elmi müəssisə və təşkilatların siyahısı müəyyən edilmişdir. Bu siyahıda göstərilən müəssisə və təşkilatlarda ən azı 3 il elmi vəzifədə işləyən elmi işçiləryaşından və ailə vəziyyətindən asılı olmayaraq güzəştlə mənzil əldə etmək hüququndan yararlana bilər.

Təqdim olunmalı sənədlərin və aidiyyəti elmi müəssisələrin siyahıları ilə keçiddən tanış ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır