Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

13 mart 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105004698 ISIN-li, 30 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BBN.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, hərrac zamanı 13 investor tərəfindən qiyməti intervalı 93.0697 AZN (12.0000%) və 101.8365 AZN (7.0000%) olan 24 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.00 AZN (8.0000%), orta ölçülmüş qiyməti 100.0159  AZN (7.9912%) müəyyən olunub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 106 575 900,00AZN yerləşdirilmiş həcmi isə 30 mln manat təşkil edib.

İstiqrazların ödəmə tarixi  10 mart 2020-ci  ildir.

Qeyd edək ki, hərrac iştirakçıları 14 mart 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır