Hansı banklarda xarici valyutada 12 aylıq depozit yerləşdirmək sərfəlidir?

BBN.az analitika portalı yeni bazar araşdırmasını Sizə təqdim edir. Bu yazıda 12 aylıq xarici valyuta əmanəti üçün təklif edilən faiz dərəcələrinə görə bankların sıralaması tərtib edilib.

İlk olaraq onu demək olar ki, əksər banklarda fiziki şəxslər üçün əmanət faizləri 0.01-3% arasında dəyişir.

Dollarla depozit yerləşdirmək üçün 12  aylıq ən yüksək faiz təklif edən bank “AccessBank ASC” (3%), AGBank ASC (3%), Amrahbank ASC (3%),  AtaBank ASC (3%), Günay Bank ASC (3%), Muğanbank ASC (3%), NBCBank ASC (3%) -dir. USD valyutasında depozitlər üçün 12  aylıq minimum faiz dərəcəsi isə “Kapital Bank  ASC”də (0.01%) olub.

Avro ilə depozit yerləşdirmək üçün 12 aylıq  ən yüksək faiz təklif edən bank “NBCBank ASC” (3%)- dir.

Avro ilə depozit yerləşdirmək üçün 12 aylıq minimum faiz dərəcəsi “Bank Avrasiya ASC”də (0.25%), “Yapı Kredi Bank Azərbaycan QSC”də (0.25%) olub.

Ümumi siyahı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz.

Banklar

 

Müddətlər üzrə faiz dərəcəsi (%)

  

 

 

Minimal məbləğ, xarici valyutayla

 (USD,EUR)

 

Əmanətin adı                 

12 ay (%)                               

                         

 

USD EUR

AccessBank QSC

3 0.5 50 “Yığım”  əmanəti
AFB Bank ASC 1.5 1000

Keçid

AGBank ASC

3 1 100 “Sərfəli”  əmanət
Amrahbank ASC 3 1 50

“Güvən”  əmanət

AtaBank ASC

3 1.25 500 “Universal” əmanət
Azər Türk Bank ASC 0.3 500

“Klassik” əmanət

Azərbaycan Beynəlxalq Bankı ASC

2 500 “Klassik” əmanət
Azərbaycan Sənaye Bankı ASC 1 0.5 Minimal məbləğ yoxdur

Keçid

Bank Avrasiya ASC

2 0.25 1000 Keçid
Bank BTB ASC 1.50 100

“Müddətli” əmanət

Bank of Baku ASC

1.90 1 100 “Dinamik”  əmanəti
Bank Respublika ASC 0.5 Minimal məbləğ yoxdur

“Müddətli” əmanət

Bank VTB (Azərbaycan)ASC

1.9 100 “Sərfəli” əmanət
Expressbank ASC 1 500

“Klassik” əmanət

Günay Bank ASC

3 500 Keçid
Xalq Bank ASC 1 0.5 100

“Müddətli” əmanət

Kapital Bank ASC

0.01 100 “Müddətsiz” depozit
Muğanbank ASC 3 1000

“Avans” əmanəti

NBCBank ASC

3 3 200 “Müddətli” depozit
NİKOYL Bank İKB ASC 1.5 100

“Nikoil Sabit” əmanət

PAŞA Bank ASC

30000 Keçid
Rabitəbank ASC 0.75 200

“Universal” əmanət

Silk Vey Bank ASC

1.5 500000 “Classic” əmanət
TuranBank ASC 2 0.5 100

“Sərvət” əmanəti

Unibank KB ASC

1.5 0.5 500 “Müddətli” depozit
Yapı Kredi Bank Azərbaycan QSC 0.50 0.25 250

“Standart qazanc” əmanəti

Ziraat Bank Azerbaycan ASC

1 1000

“Standart”  əmanət

Qeyd edək ki, “Paşa Bank ASC” faiz dərəcələrini fərdi qaydada müəyyənləşdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır