“Hazırkı vəziyyət bankların birləşməsi üçün münbit şərait yaradır”-Videomüsahibə

“Bəzi banklar aktivlərindən gəlir əldə edə bilmirlər və eyni zamanda əmanətçilər üçün xərcləri heç bir iqtisadi vəziyyətdən asılı olmayaraq ödəməyə məcburdular.”

Bu sözləri “Banklar və Biznes” Qəzetinin (BBN.az) “Bankların birləşməsi” mövzusundakı müsahibəsinin qonağı “Rabitəbank” ASC-nin Daxili Audit Departamentinin Direktor müavini Səməd Əliyev deyib.

Səməd Əliyev dünya təcrübəsində bankların birləşməsindən, birləşmənin hansı dövrlərdə özünü daha çox göstərdiyindən, Azərbaycanda birləşmə meyillərinin hansı səviyyədə olmasından və birləşmə ilə bağlı digər mövzulardan danışıb.

Onun sözlərinə görə, böhran dövrlərində birləşmələr sistemə müsbət nəticələr verib.

Azərbaycan bank mühitindəki birləşmələrdən danışarkən qeyd edib ki, “Bəzi banklar aktivlərindən gəlir əldə edə bilmirlər və eyni zamanda əmanətçilər üçün xərcləri heç bir iqtisadi vəziyyətdən asılı olmayaraq ödəməyə məcburdular. Bu tendensiya ilə nəticədə sərbəst nağd vəsait bazası tükənmiş olur. Belə olan halda nəinki bank qısa müddətli öhdəliklərini, heç səhmdarların qısa və uzunmüddətli gəlirlilik maraqlarını qoruya bilmirlər.”

Müsahibənin tamamını aşağıdakı videoda izləyə bilərsiniz:

Digər müsahibələrimiz üçün “YouTube” kanalımızı və “Facebook” səhifəmizi izləyə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır