Home » İdxal-ixrac əməliyyatları ilə bağlı sahibkarlarla görüş keçirilib

İdxal-ixrac əməliyyatları ilə bağlı sahibkarlarla görüş keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə idxal-ixrac əməliyyatları ilə məşğul olan sahibkarlarla görüş keçirilib. 

Bakı şəhərində fəaliyyət göstərən sahibkarların iştirakı ilə təşkil olunmuş görüşdə Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və “Marsol” MMC-nin nümayəndələri də iştirak ediblər.

Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində keçirilmiş görüşdə sahibkarlar idxal-ixrac əməliyytaları, o cümlədən gömrük rəsmiləşdirməsi, malların, xüsusilə də qida məhsullarının saxlanılması, malların ekspertizası zamanı qarşılaşdıqları çətinliklər barədə məlumat verib, gömrük rüsumlarına və idxal prosedurlarına dair müxtəlif təkliflər səsləndiriblər. Görüşdə iştirak edən müvafiq qurumların nümayəndələri tərəfindən sahibkarları maraqlandıran suallar cavablandırılıb. 

Qeyd edək ki, KOBİA-nın Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində də KOB dostu ofisi fəaliyyət göstərir. Gömrük xidmətlərindən istifadə edən mikro, kiçik və orta sahibkarlar KOB dostuna müraciət etməklə idxal-ixrac əməliyyatları, gömrük rəsmiləşdirilməsi və prosedurları ilə bağlı informasiya, məsləhət, hüquqi yardım, əlaqələndirmə və s. xidmətlərdən istifadə edə bilər. KOB dostu həmçinin, KOB-ların müvafiq sahə ilə bağlı müraciətlərinin KOBİA-nın və Dövlət Gömrük Komitəsinin iştirakı ilə dövlət-sahibkar əməkdaşlığı çərçivəsində operativ həll olunmasına dəstək olur.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.