Home » İnformasiya texnologiyaları sənayesi üzrə fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə görüş keçirilib

İnformasiya texnologiyaları sənayesi üzrə fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə görüş keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iqtisadiyyatın müxtəlif sahələri üzrə sahibkarların vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı sahəsində qarşılaşdıqları çətinliklərin öyrənilməsi və onların aradan qaldırılması məqsədilə sahibkar birlikləri və assosiasiyaları ilə dialoq formatında görüşlərin keçirilməsi və qarşılıqlı əməkdaşlıq davam etdirilir.

Növbəti belə görüş “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” İctimai Birliyinin (AZİNNEX), birliyin üzvü olan müəssisələrin, Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin və digər aidiyyəti strukturlarının nümayəndələrinin iştirakı ilə keçirilib.

Onlayn formatda keçirilən görüşdə informasiya texnologiyaları üzrə fəaliyyət göstərən vergi ödəyicilərinin fəaliyyəti, innovasiya məhsullarının satışı, o cümlədən ixracı ilə bağlı mövcud çətinliklər, onların həlli, xarici bazarlara çıxış imkanlarının artırılması və sahənin inkişafı üzrə qarşıda duran məsələlər müzakirə olunub.

Görüş zamanı müvafiq sektorun nümayəndələrinin vergi qanunvericiliyi ilə bağlı təklifləri dinlənilib, bir sıra məsələlər üzrə müvafiq izahatlar verilib, ümumi yanaşmalar bir daha müzakirə edilib və birgə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyi qeyd olunub.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.