İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

1 fevral 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondu ASC –   nin  AZ2025008684 ISIN-li, 25 mln manat həcmində, 23 il (8280 gün) tədavül müddətli ipoteka  istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Yerləşdirmə zamanı hərrac qiyməti 1 004,5833 AZN olub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 25 000 000,00 manat təşkil edib.

İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 25 mln. manat olub.

İstiqrazların ödəmə tarixi 8 sentyabr 2040-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır