İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

22 fevral 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondu ASC – nin AZ2026008683 ISIN-li, 10 mln. manat həcmində, 23 il (8280 gün) tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Yerləşdirmə zamanı hərrac qiyməti 1006,3333 AZN olub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 10 500 000  manat olub.

İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 10 000 000  manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 08 avqust 2040-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır