İqtisadiyyat Nazirliyi innovasiya müsabiqəsi elan edir

BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərinin təşviqi, innovasiyaların həvəsləndirilməsi, həmçinin “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının və “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin icrasına dəstək məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyi ilə birgə İnnovasiya Müsabiqəsi elan edir.

Müsabiqədə iştirak etmək istəyən namizədlər layihələrini və şəxsiyyəti təsdiq edən sənədin surətini 2017-ci ilin 5 dekabr tarixinədək bilavasitə İqtisadiyyat Nazirliyinə (Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 84, Hökumət Evi) və ya elektron poçt ( [email protected][email protected]) ünvanlarına təqdim edə bilərlər.

Müsabiqə çərçivəsində bəyənilən layihələr reallaşdırılması və tətbiqi məqsədilə Komissiya tərəfindən müxtəlif dövlət qurumları, təşkilatları və sahibkarlıq subyektləri üçün təşviq edilməsinə dəstək göstəriləcəkdir. Müsabiqənin qalibləri mükafatlandırılacaq.

Qeyd edək ki, müsabiqənin əhatə etdiyi sahələr və müsabiqə haqqında ətraflı məlumat keçiddə yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır