İqtisadiyyat Nazirliyinin FAO ilə əməkdaşlığı çərçivəsində seminar keçirilib

Fevralın 21-də İqtisadiyyat Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş ərzaq təhlükəsizliyinin dayanıqlılığının təmin edilməsi üçün instutisional potensialın gücləndirilməsi” mövzusunda seminar keçirilib.

BBN.az xəbər verir ki, tədbirdə aidiyyəti dövlət qurumlarınının nümayəndələri ilə yanaşı, beynəlxalq ekspertlər də iştirak ediblər.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirilib ki, Azərbaycan təşkilatın fəal üzvi kimi BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfini özündə birləşdirən Qlobal Dayanıqlı İnkişaf Məqsədləri təşəbbüsünə qoşulub.

Seminarda FAO-nun beynəlxalq ekspertləri Keiqo Obara və Tuğrul Temel ərzaq təhlükəsizliyinin Dayanıqlı İnkişaf Məqsədlərinin tərkib elementi olaraq bu sahədə qarşıya çıxan məsələlərin həlli yolları sahəsində qabaqcıl təcrübələr barədə təqdimatla çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır