İran şirkətləri Azərbaycana 2.5 mlrd. dollar investisiya yatırıb

Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində 400-dən çox İran investisiyalı şirkət fəaliyyət göstərir və onlar tərəfindən Azərbaycan iqtisadiyyatına 2,5 mlrd. ABŞ dollarından artıq investisiya yatırılıb.

Bu haqda dekabrın 27-də Bakı Biznes Mərkəzində  keçirilən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 11-ci iclasında qeyd edilib.

İran Azərbaycanın ticarət tərəfdaşlarındandır və 2016-cı ilin yanvar-noyabr aylarında ölkələrimz arasında ticarət dövriyyəsi 60%-ə yaxın artıb. Şahin Mustafayev diqqətə çatdırıb ki, təkcə 2016-cı ildə iş adamlarının iştirakı ilə 12 biznes forum, işgüzar görüş və sərgilər keçirilib. Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd dəmir yolu əlaqələrin daha da genişləndirilməsinə imkan verəcək. Bu yolla il ərzində 12 min sərnişin daşınacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır