“JPMorgan Chase” bankının xalis mənfəəti 6.7 milyard dollara yüksəlib

ABŞ-ın investisiya bankı “JPMorgan Chase” maliyyə hesabatını açıqlayıb. Belə ki, bankın xalis mənfəəti 2017-ci ilin III rübündə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.3% artaraq 6.7 milyard dollara yüksəlib. Bank, 2016-cı ilin iyul-sentyabr aylarında 6.3 milyard dollarlıq xalis mənfəət əldə etdiyini açıqlamışdı.

Həmçinin, “JPMorgan Chase”in III rübdə gəlirləri ötən ilin eyni dövrünə nisbətən 2.7% artaraq 26.2 milyard dollara çatıb.

Qeyd edək ki, III rübdə şirkətin hər bir səhm üzrə mənfəəti 1.58 dollardan 1.76 dollaradək artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır