“Kapital Bank” 2018-ci ilin II rübünün nəticələrini elan edib

Kapital Bank-ın aktivləri 1 iyul 2018-ci il tarixinə 3,5 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,3 milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 iyul 2018-ci il tarixinə 2,8 milyard manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1,1 milyard manat təşkil edib ki, hesabat dövrünün əvvəli ilə müqayisədə bu göstərici 264 milyon manat çoxdur.

Bankın 1 iyul 2018-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 244,5 milyon manat, nizamnamə kapitalı isə 185,9 milyon manat təşkil edir

Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s beynəlxalq reytinq Agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır