“Kapital Bank”ın yenilənən Tərtər filialı istifadəyə verilib

Kapital Bank filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində Tərtər filialının yenilənmiş ofisini istifadəyə verib. Yeni konsepsiya əsasında təmir edilən filial Tərtər şəhəri, E. Hüseynov küç., 9 ünvanında yerləşir. Artıq müştərilər yenilənən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

Tərtər filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır