Kommersiya banklarının Mərkəzi Bank qarşısında öhdəlikləri azalıb

Azərbaycan Respublikası Mərkəzi Bankının kommersiya banklarına olan tələbləri 2016-cı ilin 1 dekabr tarixinə 7 milyard 322,2 milyon manat təşkil edib.

BBN.az saytı bu haqda Mərkəzi Bankın 2016-cı ilin dekabr ayının əvvəli üzrə Statistik Bülleteninin göstəricilərinə əsasən əsasən məlumat verir.

Kommersiya banklarının öhdəlikləri 1 noyabr ilə müqayisədə (7 milyard 507 milyon manat) 2,46% və ya 184,8 milyon manat azalmışdır. Ötən ilin analoji dövrü ilə müqayisədə isə 2 milyard 420,8 milyon manat və ya 49,39% artmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır