Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası ilə müzakirələr aparılıb

İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Əbdüllətif bin Raşid Əl-Zəyyəni ilə görüşüb.

Görüşdə qeyd edilib ki, Azərbaycan və Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələr arasında siyasi əlaqələr yüksək səviyyədədir, qarşılıqlı hörmət və dostluğa əsaslanır. İqtisadi əməkdaşlığın genişləndirilməsi persektivlərindən danışan Şahin Mustafayev oktyabrın 20-də Bakıda keçiriləcək və bu formatda ilk belə tədbir olacaq Azərbaycan-Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələrin biznes forumu əlaqələrin genişlənməsində əhəmiyyətli olacağını qeyd edıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır