Kredit kartlarının sayı artıb

2017-ci ilin dekabr ayı ərzində dövriyyədə olan kredit kartlarının ümumi sayı 623 min ədəd olub. Noyabr ayı ilə müqayisədə bu göstərici 3 min ədəd çoxdur.

BBN.az xəbər verir ki, dekabr ayında kredit kartları ilə aparılan əməliyyatların həcmi 149 milyon manat olub. Bundan əvvəlki ayla müqayisədə əməliyyatların həcmi 12 milyon manat məbləğində artıb.

Qeyd edək ki, orta hesabla dekabr ayı ərzində 1 kredit kartla 239 manat məbləğində əməliyyat aparılıb. Bu da noyabr ayı ilə müqayisədə təqribən 18 manat çoxdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır