Kredit Zəmanət Mexanizmi nədir?

Kredit Zəmanət Mexanizmi nədir?

Kredit Zəmanət Mexanizmi  kiçik və orta sahibkarın ala biləcəyi maliyyə məhsuludur. Bu zəmanət borcalan öhdəliyini ödəmədiyi təqdirdə kreditin hamısını və ya bir qismini ödəməyi öhdəsinə götürür. Məsələn, sahibkar kredit üçün müraciət edən zaman göstərdiyi girov məbləğə tam adekvat deyil. Bu zaman həmin müştərinin geriyə qalan öhdəliyinə Kredit Zəmanət Mexanizmi zamin olur. Beləliklə, sahibkar kredit əldə edə bilir.

Sözügedən mexanizmin əsas hədəf qrupu, geri ödəmə qabiliyyəti olan ancaq bir sıra məhdudiyyət səbəbi ilə kredit əldə edə bilməyən kiçik və orta sahibkarladır. Belə ki, kredit zəmanəti, kredit müraciəti kafi olmadığından rədd edilən kiçik və orta sahibkarlar üçündür.

Nə üçün Kredit Zəmanət Mexanizmi?

Kredit Zəmanət Mexanizmi, kiçik və orta sahibkarların maliyyə məhdudiyyətlərini aşmasına imkan yaradır. Kredit zəmanəti investisiyaların maliyyələşdirilməsi üçün sahibkarların uzun müddətli kreditlərlə təmin edilməsini dəstəkləyir . Həmçinin bankların yeni  və daha geniş  əhatəyə çıxışını asanlaşdırır, risklərin minimallaşdırılmasını təmin edir.

Risk mübadiləsinin faydaları

Kiçik və orta sahibkarlara kredit verilərkən risklərin minimallaşdırılması, problemli kreditlərin qarşısının alınması baxımından faydalıdır. Bundan başqa kiçik və orta sahibkarların xərclərinin azalmasına  və faiz dərəcələrinin aşağı olmasına imkan yaradır. Bank sistemində kredit  monitorinqinin inkişafını  və innovativliyi  təmin edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır